Modern.az

Bakıda 4767 reklamın yayımı dayandırılıb

Bakıda 4767 reklamın yayımı dayandırılıb

Aktual

14 Oktyabr 2024, 14:10

Bakıda aparılan abadlıq-quruculuq işləri çərçivəsində açılışı olan park, xiyaban, məktəb, bağça və ümumi sosial layihələr yerləşən ünvanlarda ətraf ərazinin estetik görünüşünə uyğun olmayan, xələl gətirən reklamlar aradan qaldırılıb, sahibkarlara eskiz layihələr təqdim olunaraq yeni reklam qurğuları quraşdırılıb.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən bildirilib.

“Bu istiqamətdə işlər şəhərin bütün küçə və prospektlərində davam etdirilir. Bakıda 2024-cü ilin 9 ayı ərzində şəhərin estetik görünüşünə xələl gətirən, texniki tələblərə cavab verməyən, dövlət dili haqqda qanunvericilik aktlarının tələblərini pozan 9419 ədəd müxtəlif növ reklam daşıyıcısı demontaj olunub.

Qanun pozuntularının aradan qaldırılması barədə sahibkarlara 761 icrası məcburi olan yazılı göstəriş göndərilib. Regional Reklam İdarələri tərəfindən isə ümumilikdə 4767 reklamın yayımı dayandırılıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi