Modern.az

Musa Qasımlı seçicilərlə görüşdü - FOTO

Musa Qasımlı seçicilərlə görüşdü - FOTO

Aktual

14 Oktyabr 2024, 16:32

12 oktyabr tarixində Milli Məclisin sədr müavini Musa Qasımlı deputat seçildiyi 75 saylı Yardımlı-Masallı seçki dairəsində vətəndaş qəbulu keçirib. 

 

Modern.az xəbər verir ki, Yardımlı Rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaş müraciətlərinin bir qismi yerində həll edilib. Digər müraciətlərin həllindən ötrü aidiyyəti qurumlara məktublar göndərilib.


Qəbuldan sonra rayonun Çayüzü kəndinə gedən Musa Qasımlı burada vətəndaşlarla görüşüb. Prezident İlham Əliyevin vətəndaşların qəbul olunması və müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq mütəmadi olaraq qəbulların keçirildiyini bildirən sədr müavini bu görüşlərin artıq ənənəvi hal aldığını bildirib. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi