Modern.az

Xəqani parkı zəbt edildi - Dövlət qurumu hərəkətə keçdi

Xəqani parkı zəbt edildi - Dövlət qurumu hərəkətə keçdi

Aktual

15 Oktyabr 2024, 00:47

Oktyabrın 14-də sosial şəbəkələrdə Bakı şəhərinin Səbail rayonunda bərpa işlərindən sonra istifadəyə verilən Xəqani parkı ərazisinin bir hissəsinin ictimai iaşə obyekti tərəfindən zəbt edilməsinə dair məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələyə münasibət bildirib.

 

Qurumdan deyilib ki, Komitə yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, həmçinin aidiyyəti orqanlara qanun pozuntusu barədə məlumat verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi