Modern.az

İsrailli nazir Azərbaycan səfiri ilə enerji əməkdaşlığını müzakirə etdi

İsrailli nazir Azərbaycan səfiri ilə enerji əməkdaşlığını müzakirə etdi

Aktual

15 Oktyabr 2024, 09:08

“Azərbaycanla əlaqələrimizi möhkəmləndiririk! Bu gün mən Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla görüşdüm və enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsini müzakirə etdim”.

Modern.az-ın məlumatına görə, bu barədə İsrailin energetika və infrastruktur naziri Eli Koen sosial şəbəkələrdə yazıb.

“Xarici işlər naziri olaraq Azərbaycanın İsraildə səfirliyini, şiə ölkəsinin ilk səfirliyini açdım. Azərbaycanla münasibətlərimiz strateji xarakter daşıyır və mən ölkələrimiz arasında bütün səviyyələrdə əlaqələrin möhkəmləndirilməsi üzərində işi davam etdirmək niyyətindəyəm”, - israilli nazir yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi