Modern.az

İntihara cəhd edən şəxs xilas olundu

İntihara cəhd edən şəxs xilas olundu

Aktual

15 Oktyabr 2024, 09:25

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov və Yasamal rayonları ərazisində 2 ünvanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma, Nərimanov rayonunda 2 ünvanda doqquzmərtəbəli yaşayış binalarında liftdə qalma və Səbail rayonunda 1 nəfərin intihara cəhdi barədə məlumatlar daxil olub.

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatlarla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi