Modern.az

Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq

Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq

Aktual

15 Oktyabr 2024, 09:35

Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Modern.az-a “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək paytaxtın Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi