Azərbaycanda oktyabrın 16-da yağış yağacağ, leysan olacaq.
Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi dayanacaqlarla yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətdə intensivləşəcək, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısa müddətdə leysan xarakterli, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti olacaq.