Qazaxıstan Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda yenidən platforma təklif etməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti bildirib.
“Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda deyilir.
Xatırladaq ki, Qazaxıstanın vasitəçiliyi ilə mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar keçirilib.