Tanınmış azərbaycanlı idmançı Zabit Səmədov Gürcüstandakı soydaşlarımıza çağırış edib.
Modern.az xəbər verir ki, o, soydaşlarımızdan parlament seçkilərində "Gürcü Arzusu" Partiyasına səs vermələrini istəyib.
"Son illər Azərbaycanla Gürcüstan bir-birinə daha yaxın olublar, ortaq maraqları bölüşürlər və bir- birinə daim dəstək verirlər. Təbii ki, bunda hər iki ölkənin rəhbərinin mövqeyi önəmli rol oynayır",-idmançı İnstaqram hesabında yazıb.
O qeyd edib ki, zaman keçdikcə hər iki dövlət arasında bu əlaqələrin daha sıx olacağına əmindir:
"İndi Gürcüstan ciddi seçim astanasındadır. Bundan sonra da Gürcüstan inkişaf, dostluq və mehriban qonşuluq yolunu davam edəcəkmi? Biz bunu istəyirikmi və istəyiriksə, nə etməliyik. Bu sualların cavabı aydındır: Həmyerlilərimi qarşıdan gələn seçkilərdə "Gürcü arzusunu dəstəkləməyə və 41- ə səs verməyə çağırıram".