Modern.az

Şərurlu İsfəndiyarın şirkəti cərimələnə bilər 

Şərurlu İsfəndiyarın şirkəti cərimələnə bilər 

Aktual

16 Oktyabr 2024, 00:22

Tikinti maqnatı İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) inzibati məsuliyyətə cəlb edilib. 

 

Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Bu maddə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması ilə bağlıdır. 

 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 3 500 manatdan 4 500 manatadək, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manatadək məbləğdə cərimə edilir.

 

"Şərur" MTK Bakıda hündürmərətəbli binaların tikintisi ilə məşğuldur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi