Modern.az

Polis sakinlərdən 6 ov tüfəngi müsadirə etdi 

Polis sakinlərdən 6 ov tüfəngi müsadirə etdi 

Aktual

16 Oktyabr 2024, 09:00

Ağcabədidə polis əməkdaşları tərəfindən 6 silah götürülüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri qanunsuz olaraq saxladıqları 5 tüfəngi könüllü olaraq təhvil veriblər, 1 ədəd odlu silah isə aşkarlanaraq götürülüb.

 

Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi