Modern.az

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi

Aktual

16 Oktyabr 2024, 09:36

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Modern.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, əlavə təyin edilən qatarlar oktyabrın 19-da saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 20-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi