Modern.az

Mübariz İbrahimovun atasının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA

Mübariz İbrahimovun atasının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA

16 Oktyabr 2024, 12:33

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

 

TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16.10.2024-cü il tarixində saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

 

Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib.

 

Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...