Referans Medical Group daxilində fəaliyyət göstərən Tolerans Psixologiya və Nitq Mərkəzi ödənişsiz psixoloji müayinə aksiyası elan edir. Aksiya 25.10.2024-cü il tarixinədək davam edəcək.
Modern.az xəbər verir ki, bu fürsətdən yararlanaraq övladlarınızın psixoloji, pedaqoji, loqopedik, duyğusal, davranışsal və təməl idman bacarıqlarının dəyərləndirilməsinə nail ola bilərsiniz.
Öz sahələrində peşəkar olan mütəxəssislərdən ibarət Tolerans Psixologiya və Nitq Mərkəzinin komandası pasiyentlərə dəstək daim göstərməkdədir. Tolerans Psixologiya və Nitq Mərkəzi məqsədi düzgün, operativ xidmət göstərmək, insanların psixoloji xidmətlərə əlçatanlığını artırmaq və psixi sağlamlığının qorunmasını təmin etməkdir.
Onuda qeyd edək ki, hər ünvanda pasiyentlərin sağlamlığının keşiyində durmaq, onlar üçün xidmətlərini əlçatan və daha yaxın etmək üçün Tolerans Psixologiya və Nitq Mərkəzi ünvanda psixoloji xidmətlər həyata keçirir.
Sərhədsiz ünsiyyət üçün ilk addım..
Tolerans Psixologiya və Nitq Mərkəzi
Əlaqə nömrəsi: +994 77 593 00 33
Ünvan: Xətai ray., M.Mehdizadə küç., 27-29
İnstagram: toleranspnm