Modern.az

SOCAR-la ABŞ şirkəti arasında görüş

SOCAR-la ABŞ şirkəti arasında görüş

Aktual

16 Oktyabr 2024, 18:29

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Chevron” şirkəti arasında dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.

 

Modern.az SOCAR-a istinadla xəbər verir ki, müzakirələr oktyabrın 16-da SOCAR prezidenti Rövşən Nəcəf ilə “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes arasında keçirilən görüş zamanı baş tutub.

 

Tərəflər, həmçinin şirkətlər qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi