Modern.az

Putinin xəstəxanaya getməsi şayiələrə SƏBƏB OLDU

Putinin xəstəxanaya getməsi şayiələrə SƏBƏB OLDU

Aktual

17 Oktyabr 2024, 09:00

Rusiya Federasiyasının prezidenti Vladimir Putunin Mərkəzi Klinik Xəstəxanada görünməsi müxtəlif şayiələrə səbəb olib.

Modern.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, Vladimir Putinin səhhətində heç bir problem yoxdur. Onun sözlərinə görə, Putinin kliniyaya getməsi adi tibbi müayinələridir.

Putinin özüə də ötən gün hökumətlə görüşdə bildirib ki, o, müntəzəm olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçir. Bu, bütün ölkə ərazisində aparılan mövsümi qrip peyvəndi kontekstində müzakirə olunub.

Rusiya prezidenti bildirib ki, Mərkəzi Klinik Xəstəxananın həkimləri Rusiya dərmanı ilə peyvənd etməyi məsləhət görürlər.

Mərkəzi Klinik Xəstəxana Rusiya Federasiyası Prezidentinin Administrasiyasının bir hissəsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi