Azərbaycanın ilk özəl televiziya kanallarından biri olan SARA TV-nin təsisçisi və rəhbəri olmuş iş adamı Rəsul Rauf vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə onun qızı Sara Nəcəfi Rauf məlumat verib.
R. Rauf uzun müddətdir Türkiyədə yaşayırmış və orada dünyasını dəyişib.
SARA TV 1995-1999-cu illərdə fəaliyyət göstərib.