Modern.az

Gəncədə cibgir saxlanıldı

Gəncədə cibgir saxlanıldı

Aktual

17 Oktyabr 2024, 09:54

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatdan cibgirlik etməkdə şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.

Modern.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, R.İsmayılov şəhərdaxili marşrutların birində vətəndaşın cibindən 200 manat nağd pul və bir ədəd mobil telefon oğurlayıb.

Bundan başqa şübhəli şəxs saxlanılan zaman üzərindən narkotik maddə olan metamfetamin də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi