ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris deyib ki, noyabrda keçiriləcək prezident seçkisində qalib gəlsə, indiki dövlət başçısı Co Baydenin prezidentlik kursunu davam etdirməyəcək.
Modern.az xəbər verir ki, Harric “Fox News”a müsahibəsində deyib:
“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq. Səlahiyyət müddətim başlayanda hər hansı digər prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi və yeni ideyalarımı ortaya gətirəcəyəm”.
Vitse-prezident həm də “yeni liderlər nəslini” təmsil etdiyini iddia edib.