Modern.az

Trampa qarşı sui-qəsddə təqsirləndirilən şəxs ermənidir

Trampa qarşı sui-qəsddə təqsirləndirilən şəxs ermənidir

Aktual

17 Oktyabr 2024, 10:27

ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Trampın həyatına sui-qəsddə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib.

Modern.az-ın məlumatına görə, 49 yaşlı Las-Veqas sakini Vem Miller “Fox News Digital” telekanalına deyib ki, üstündə olan silah barədə əvvəldən səlahiyyətlilərə xəbər verib.

Bir müddət öncə saxlanılan Miller 5000 dollar girov qarşılığında sərbəst buraxılıb.

"Mən həmişə yük maşınımın arxasında silahla səyahət edirəm”, - o deyib.

Miller bəyan edib ki, o, milliyətcə ermənidir və bunu sübut edən sənədləri var. Onun sözlərinə görə, üstündə həyatına olan təhdidilərlə bağlı silah gəzdirir.

Millerin sözlərinə görə, o, prezidentliyə namizəd Donald Trampı dəstəkləyir.

Xatırladaq ki, bir müddət öncə Kaliforniyada polis ABŞ-ın keçmiş prezidenti və Respublikaçıların prezidentliyə namizədi Donald Trampın çıxış etdiyi yerdən çox da uzaq olmayan V.Milleri həbs etmişdi.
Onun yanında ov tüfəngi, dolu tapança aşkarlanmış və Trampa qarşı sui-qəsd cəhdində ittiham olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi