Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin növbəti iclasını keçiri.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda davam edən iclasın gündəliyinə 38 məsələ daxildir.
Yerli mətbuat gündəliyə daxil olan məsələlərin açıqlanmadığını, onların birinin hətta məxfi olduğunu qeyd edib.
İddialara görə, iclasda Azərbaycanla aparılan danışıqların gedişi müzakirə olunur.
Məlum olub ki, 2024-cü ildə baş nazirin və prezidentinin xarici ölkələrə gözlənilən səfərlərini lazımi şəkildə təşkil etmək üçün dövlət büdcəsindən əlavə 25 milyon dram ayrılacaq. Bu barədə qərar iclasda qəbul edilib.