Mərhum eks-deputat və hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olmuş Sirus Təbrizlinin evi satışa çıxarılıb.
Modern.az xəbər verir ki, 8 otaqlı 750 kvadratmetrlik ev "Statistika dairəsi" yaxınlığında yerləşir.
Məlumatı yayan Pravda.az satışa çıxarılan evə 1.600.000 manat qitmət qoyulduğunu bildirib.
Mərhum Sirus Təbrizli Milli Məclisin I çağırış (1995–1998) və II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri olub.
Sirus Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının sədr müavini işləyib. Tənqidi çıxışlarına görə 2007-ci ildə YAP-dan xaric edilib.
S.Təbrizli 2013-cü il sentyabrın 7-də kəskin qan-damar çatışmazlığı vəfat edib.