Modern.az

Narkotik vasitədən istifadə edən sürücü saxlanıldı

Narkotik vasitədən istifadə edən sürücü saxlanıldı

18 Oktyabr 2024, 08:49

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Range Rover" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü M.Qasımlıya “saxla” işarəsi verilib.

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi