Modern.az

Yol qəzasında ölən vəzifəli şəxs imiş

Yol qəzasında ölən vəzifəli şəxs imiş

18 Oktyabr 2024, 11:22

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xasarət alıb.

Belə ki, Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı yük avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov "Azərışıq" ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi vəzifəsində işləyirdi.

Ədalət Ağalar oğlu Zeynalov 1973-cü ildə Cəbrayıl rayonunun Tinli kəndində doğulmuşdu.

Allah rəhmət eləsin...

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi