Modern.az

Ərdoğan 5 ölkənin XİN başçısı ilə GÖRÜŞDÜ

Ərdoğan 5 ölkənin XİN başçısı ilə GÖRÜŞDÜ

Aktual

18 Oktyabr 2024, 18:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “3+3” əməkdaşlıq platformasında iştirak etmək üçün İstanbulda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, İranın xarici işlər naziri Abbas Arakçini və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu Dolmabahçe Prezident Ofisində qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

 

***

12:24

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya, Azərbaycan, Ermənistan və İran xarici işlər nazirləri ilə görüşəcək. Görüş Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Hakan Fidanın iştirakı ilə keçiriləcək.

Modern.az xəbər verir ki, “Ria Novosti”nin məlumatına görə, görüş cümə günü, Moskva vaxtı ilə saat 16:00-da İstanbuldakı Dolmabağça prezident sarayında baş tutacaq və mətbuata qapalı olacaq.

Bu gün – 18 oktyabrda İstanbulda Cənubi Qafqaz üzrə regional “3+3” platformasında iştirak edən dövlətlərin xarici işlər nazirlərinin iclası keçirilir.

İclasda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və İran xarici işlər nazirləri iştirak edirlər. Gürcüstan toplantıda iştirakdan imtina edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü