Modern.az

Silah və döyüş texnikalarının sazlığı yoxlanıldı - FOTO

Silah və döyüş texnikalarının sazlığı yoxlanıldı - FOTO

Aktual

18 Oktyabr 2024, 12:38

Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir.

Müdafiə Nazirliyindən Modern.az verilən xəbərə görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur.

Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü