Modern.az

Qarabağda avtovağzalların yeri müəyyənləşdirilir

Qarabağda avtovağzalların yeri müəyyənləşdirilir

Aktual

18 Oktyabr 2024, 15:52

Qarabağa müntəzəm marşrut reysləri yola düşür. Bəs işğaldan azad edilmiş ərazilərdə avtovağzal və avtostansiyalar fəaliyyət göstərirmi?

Modern.az mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi prosesi genişləndikcə müvafiq infrastruktur da qurulur:

“Əhalini keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin etmək məqsədilə yeni avtobus marşrutları açılır. Avtovağzal olmayan ərazilərdə dayanacaq yerləri müəyyən edilir. Hazırda avtovağzal və avtostansiyaların layihələndirilməsi  üzrə işlər həyata keçirilir”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI