Modern.az

Neft Fondu bu il 25 tondan çox qızıl alıb

Neft Fondu bu il 25 tondan çox qızıl alıb

Aktual

18 Oktyabr 2024, 17:42

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

Modern.az ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ilin III rübündə Fondun investisiya portfelinin 10 milyard 844,9 milyon dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 2 milyard 270,3 milyon ABŞ dolları və ya 26,5% artırıb. Belə ki, cari ilin II rübündə Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin III rübündə 12,1 ton qızıl alıb. Belə ki, 1 iyul 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 114,9 ton təşkil etdiyi halda oktyabrın 1-nə bu rəqəm 127 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF ilin əvvvəlindən III rübün sonuna kimi 25,2 ton qızıl alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM