Modern.az

22 baş heyvan oğurlandı, şübhəli tutuldu

22 baş heyvan oğurlandı, şübhəli tutuldu

Aktual

19 Oktyabr 2024, 11:22

Masallı rayonunda mal-qara oğurlayan şəxs saxlanılıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində otlaq sahəsindən 22 baş xırdabuynuzlu heyvanı oğurlayan əvvəllər məhkum olunmuş Vaqif Məlikov saxlanılıb.

"Araşdırmalar zamanı onun daha 3 nəfərin iri və xırdabuynuzlu heyvanlarını oğurladığı müəyyən edilib. V.Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü