Modern.az

Azərbaycanda xərçəng xəstəliyi niyə çoxalıb? - VİDEO

Azərbaycanda xərçəng xəstəliyi niyə çoxalıb? - VİDEO

Aktual

21 Oktyabr 2024, 09:48

Azərbaycanda xərçəng xəstələrinin sayı əvvəlki illərlə müqayisədə artıb.

Modern.az xəbər verir ki, bu barədə həkim Adil Qeybulla İTV-yə danışıb.

O, bildirib ki, nə qədər canlı orqanizm varsa, o qədər də xərçəng var:

“Dünyada qida çatışmazlığı, keyfiyyətsiz qidaların çoxluğu, şüalanma və genetik faktorlar da xərçəngin inkişafını artırır. Koronavirus pandemiyasından sonra xərçəng xəstəliyinin dinamikasında artım var”. 

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə deyib ki, xəstə tam müalicə olunmaq istəyirsə, vaxtında həkimə müraciət etməlidir: 

“Bu xəstəliyin diaqnozu vaxtında qoyulsa, düzgün müalicə taktikası seçilmiş olsa, burada 100 faiz sağalmağa nail olmaq mümkündür”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü