Modern.az

Yeniyetmələr “BMW”dən 600 manatlıq ətir və pul oğurladılar

Yeniyetmələr “BMW”dən 600 manatlıq ətir və pul oğurladılar

Aktual

21 Oktyabr 2024, 10:57

Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində “BMW” markalı avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobildən içərisində 570 manat pul, sənədlər, bank kartları olan pulqabı və 600 manat dəyərində ətir oğurlanması, sonradan həmin kartlarla ümumilikdə 1090 manat dəyərində alış-veriş edilməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Onların qəsəbə ərazisində “BMW” və “Chevrolet” markalı daha iki avtomobildən müxtəlif üsul və vasitələrlə oğurluq etmələri müəyyən edilib.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü