Modern.az

Naxçıvanda narkotikin təsiri altında olan sürücü saxlanıldı - FOTO

Naxçıvanda narkotikin təsiri altında olan sürücü saxlanıldı - FOTO

Aktual

21 Oktyabr 2024, 11:20

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Naziriliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Ford” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Murad Cəfərəliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən M.Cəfərəliyevin narkotik vasitə olan metamfetamin istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Naxçıvanda narkotikin təsiri altında olan sürücü saxlanıldı - FOTO

 

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü