Modern.az

5 ay əvvəl təyin olunan direktor işdən ÇIXARILDI

5 ay əvvəl təyin olunan direktor işdən ÇIXARILDI

Aktual

21 Oktyabr 2024, 12:04

Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC-yə yeni direktor təyin edilib.

Modern.az "Report"a istinadən xəbər verir ki, qurumun yeni direktoru Bahar Dadaşova olub.

O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

"Bakı Kristal Zalı" 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.

Xatırladaq ki, N.İbrahimov bu vəzifəyə bu ilin mayında təyin edilmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü