Modern.az

Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmirə bağlandı - VİDEO

Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmirə bağlandı - VİDEO

Aktual

21 Oktyabr 2024, 13:28

Bakının Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinədək olan 810 metrlik hissəsi təmir edilib.

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü