Modern.az

Növbəti sərhəd delimitasiyası harada keçiriləcək? - Qriqoryandan AÇIQLAMA

Növbəti sərhəd delimitasiyası harada keçiriləcək? - Qriqoryandan AÇIQLAMA

Aktual

21 Oktyabr 2024, 14:36

Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsinin növbəti hissəsi ilə bağlı hələ  heç bir müzakirə aparılmayıb.

Modern.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentin  Xarici əlaqələr komitəsinin iclasında Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların fəaliyyətinin reqlamentinin ratifikasiyası layihəsinin müzakirəsi zamanı deyib.

M.Qriqoryan bildirib ki, Tavuş rayonu istiqamətində sərhədlərin müəyyən edilməsi əslində ən çətin məsələ idi.

“Növbəti delimitasiya prosesinin hansı ərazidə keçirilməsi ilə bağlı hələ müzakirələr aparılmayıb. Bunun üçün heç bir prinsip də müəyyən edilməmişdir. Bir şey məlumdur ki, bu məsələ konsensus yolu ilə həll olunmalıdır”, - deyən baş nazirin müavini əlavə edib ki, heç bir tərəf müstəqil olaraq deliomitasiyanın harda davam edəcəyinə qərar verə bilməz

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü