Modern.az

Ötən həftə 249 mina zərərsizləşdirilib

Ötən həftə 249 mina zərərsizləşdirilib

Aktual

21 Oktyabr 2024, 14:04

Azad olunan ərazilərdə 14-20 oktyabrda 49 tank əleyhinə mina, 200 piyada əleyhinə mina, 763 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 470.2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü