Modern.az

Həmkəndlisini öldürən şəxs hakim qarşısında

Həmkəndlisini öldürən şəxs hakim qarşısında

Aktual

21 Oktyabr 2024, 19:38

Bu il iyunun 29-da Naxçıvan şəhər Tumbul kənd sakini 1993-cü il təvəllüdlü Rahib Abdullayevin öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

Modern.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, ibtidai istintaqla 1974-cü il təvəllüdlü Kərim Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qohumu və həmkəndlisi Rahib Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Kərim Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəhər prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü