Modern.az

Zığ dairəsi-aeroport yolunda sürət həddi bərpa edildi

Zığ dairəsi-aeroport yolunda sürət həddi bərpa edildi

22 Oktyabr 2024, 15:24

Bakının Zığ dairəsi-Hava Limanı yolunda yağışlı hava şəraiti ilə əlaqədar olaraq bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edək ki, oktyabrın 21-də Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü