Modern.az

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Gəncədə tələbələrlə görüşüblər

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Gəncədə tələbələrlə görüşüblər

23 Oktyabr 2024, 08:23

Gəncə Dövlət Universitetinin (GDU) ikinci tədris korpusunda Təhsil Tələbə Krediti Fondunun Təhsil Müəssisələri ilə iş şöbəsinin nümayəndələri Günay Xəlilova, Leyla Rəhimova və İlkanə Həmidli ali təhsil müəssisəsinin tələbələri ilə görüşüblər.

Modern.az xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədinin təhsilin əlçatanlığını təmin etmək olduğunu bildirib. Qeyd edib ki, fond Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanına əsasən yaradılıb.

Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Günay Xəlilova çıxış edərək kreditlərin verilməsinin şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlükləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, kreditlərdən yararlanma səviyyəsi üzrə GDU tələbələri qabaqcıl sıradadır.

Leyla Rəhimova isə deyib ki, bu ilin yanvar ayında fondda İşə götürənlər və innovasiya şöbəsi yaradılıb. Məqsəd əmək bazarına savadlı mütəxəssisləri cəlb etməkdir.

Sonda tələbələrin sualları cavablandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü