Modern.az

Keçmiş nazir müavini saxlanıldı

Keçmiş nazir müavini saxlanıldı

Aktual

24 Oktyabr 2024, 10:35

Moskvada energetika nazirinin keçmiş müavini Anatoli Yanovski saxlanılıb.

Modern.az xəbər verir ki, “Kommersant”ın əldə etdiyi məlumata görə, onu Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları saxlayıblar.

Həbs müttəhimlərin keçmiş məmura qarşı ifadə verdikləri kömür sənayesindəki dələduzluq işi ilə bağlıdır. 

Məlumata görə, dindirildikdən sonra Anatoli Yanovskiyə qarşı ittiham irəli sürülməsinə qərar veriləcək.

Anatoli Yanovski 2021-ci ilə qədər energetika nazirinin müavini vəzifəsində çalışıb, burada kömür sənayesi və beynəlxalq fəaliyyətlərə nəzarət edib. O, hazırda Mədən Elmləri Akademiyasının birinci vitse-prezidenti vəzifəsində çalışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!