Modern.az

Putin müharibədən danışdı: “40 min insan həlak olub”

Putin müharibədən danışdı: “40 min insan həlak olub”

Aktual

24 Oktyabr 2024, 13:27

Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə zorakılığa son qoymağa və zərərçəkənlərə həyati əhəmiyyətli yardım göstərməyə çağırıb.

Modern.az xəbər verir ki, Putin Kazanda BRICS+ formatında keçirilən sammitin yekun iclasında deyib:

 “Təcili vəzifə, əlbəttə ki, Yaxın Şərq problemini bütövlükdə həll etmək üçün hərtərəfli siyasi prosesə başlamaqdır. Zorakılığı dayandırmaq, qurbanlara həyati yardım göstərmək və onların əzablarını yüngülləşdirmək lazımdır”.

Rusiya lideri qeyd edib ki, ümumiyyətlə, Yaxın Şərqdəki vəziyyət narahatlıq doğurur. Qəzza zolağında gedən döyüşlər nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 40 mindən çox insan həlak olub.

Putin vurğulayıb ki, Moskvanın özü üçün qərar verdiyi bir çox aktual və mühüm məsələlərə baxmayaraq, Rusiya Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə mühüm töhfə verməyə çalışır.

"Fələstin ərazilərində sülh və sabitliyin bərpası üçün əsas tələb Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnaməsi ilə təsdiq edilmiş iki dövlət formulunun həyata keçirilməsidir", - Rusiya dövlət başçısı bildirib.

O, Rusiyanın istənilən terror təzahürlərinə qarşı olduğunu vurğulayıb və döyüşlərin Livana sıçradığını, regionun digər ölkələrinə də təsir etdiyini xatırladıb. İsraillə İran arasında qarşıdurmanın dərəcəsi kəskin şəkildə artıb, bütün bunlar zəncirvari reaksiyaya bənzəyir və bütün Yaxın Şərqi genişmiqyaslı müharibənin astanasına qoyur, qaçqınların sayı 1,5 milyonu ötüb.

Xatırladaq ki, BRİKS-in Kazan sammiti oktyabrın 22-dən 24-dək keçirilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!