Modern.az

GDU tələbələri ağacəkmə aksiyasında - FOTO

GDU tələbələri ağacəkmə aksiyasında - FOTO

Aktual

24 Oktyabr 2024, 17:16

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Gəncə Dövlət Universitetinin rəhbərliyinin dəstəyi ilə 5-ci tədris binasının həyətində növbəti ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, ağacəkmə aksiyasında Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Qiyabi şöbənin müdiri Elsevər Nağıyev və həmin şöbənin tələbələri iştirak ediblər.
 

Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə keçirilən ağacəkmə aksiyasında tələbələr xeyli sayda şam ağacı əkdikdən sonra onlara müvafiq aqrotexniki qulluq göstəriblər.


Qeyd edək ki, universitet rəhbərliyi tərəfindən yaşıllıqların qorunması və zənginləşdirilməsi üçün mütəmadi olaraq ağacəkmə aksiyası təşkil edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!