Fransanın Ermənistandakı səfiri Olivier Dekotigni Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.
Modern.az xəbər verir ki, səfir bu barədə özünün X səhifəsində bildirib.
“Biz Ermənistandakı mövcud vəziyyət və ölkələrimiz arasında münasibətlər haqqında fikir mübadiləsi apardıq”, - Fransanın Ermənistandakı səfiri yazıb.