Modern.az

Ermənistan sülhü gecikdirir - Britaniyadan REAKSİYA

Ermənistan sülhü gecikdirir - Britaniyadan REAKSİYA

Aktual

25 Oktyabr 2024, 15:16

“Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ətrafında yaranmış təəssürat qismən baş nazir Paşinyanın sülh naminə öz millətini və diasporunu birləşdirə bilməməsi ilə bağlıdır. O, ictimai dəstəyi itirmək qorxusuna görə Azərbaycan ərazisinə iddialar irəli sürən Ermənistan konstitusiyasının preambulasına lazımi dəyişiklikləri etmək istəmir”.

Bunu Modern.az-a açıqlamasında britaniyalı politoloq Neil Uatson Ermənistanın sülh müqaviləsini gecikdirməsi ilə bağlı bildirib.

O qeyd edib ki, Paşinyan Rusiya və Qərbin dediklərini etdiklərinə görə, sülh müqaviləsini gecikdirir:

“Bundan əlavə, o, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumuna, o cümlədən Gürcüstandakı yeni siyasi rejimdən istifadə etməyə çalışır.

O, çox yaxşı bilir ki,Rusiyadan çox uzağa getsə, Putin Ermənistanda dövlət çevrilişi təşkil edəcək və onun yerinə rus kuklasını yerləşdirəcək.

Ermənistan Rusiya ilə ticarət dövriyyəsini demək olar ki, iki dəfə artıraraq ilin sonuna kimi 16 milyard dollara çatdıracağı məlumdur. Bu məqamda görünür ki, Paşinyanın qərəzsizliyi qəsdəndir.

Paşinyan Kazanda BRICS çərçivəsində prezident İlham Əliyevlə də görüşüb və sülhə ehtiyac olduğunu bilir. Amma o, hələ də prezident Putinin  və Qərbin dediklərini edir. Mu məqamda təsirsiz bir lider kimi onları sülhə aparmağa qadir deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu