Modern.az

Azərbaycanla Belarus arasında imzalanmış iki sazişə dəyişiklik edildi

Azərbaycanla Belarus arasında imzalanmış iki sazişə dəyişiklik edildi

Aktual

25 Oktyabr 2024, 16:36

Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında imzalanmış 2 sazişə dəyişiklik təsdiqlənib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunları imzalayıb.

Bunlar 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”lardır.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!