Modern.az

Sumqayıtın bu ərazilərində su kəsiləcək

Sumqayıtın bu ərazilərində su kəsiləcək

Aktual

26 Oktyabr 2024, 12:10

Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Modern.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar 28.10.2024-cü il tarixində səhər saat 09:00-dan axşam saat 23:00-a qədər 9-cu mikrorayonun bir hissəsi, Qızıl Qum Qəsəbəsi, Köhnə Corat qəsəbəsinin bir hissəsi, Bağlar ərazisinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

 

Məlumata görə, Təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU