Modern.az

Deputat Özbəkistandakı seçkiləri izlədi - FOTO

Deputat Özbəkistandakı seçkiləri izlədi - FOTO

27 Oktyabr 2024, 14:33

Özbəkistanda baş tutan parlament seçkilərini izləmək üçün Daşkəndə gedən Azərbaycan Parlamentinin deputatı Azay Quliyev seçki prosesi ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan parlamentinin deputatı bu gün keçirilən parlament seçkilərinin gedişini Daşkənddə izləyib və ATƏT-in seçki missiyası ilə bağlı mətbuatın suallarını cavablandırıb.

 

"Keçən il həyata keçirilən konstitusiya islahatlarından sonra, ilk dəfə olaraq Özbək xalqı qarışıq, yəni həm proporsional, həm də majoritar sistem əsasında parlament üzvlərini seçəcəklər", - deyə millət vəkili bildirib.

 

Deputat 28 oktyabr saat 15:00-da ATƏT-in seçki missiyasının ilkin rəyini təqdim etmək məqsədilə birgə mətbuat konfransı keçirəcəklərini də vurğulayıb. Bu konfransda missiyanın seçkilərlə bağlı ilkin müşahidələri ictimaiyyətə açıqlanacaq. 

 

Azərbaycanlı deputatın seçkilərin şəffaf və demokratik bir atmosferdə keçməsinə dair vurğuladığı müşahidələr, Özbəkistanın yeni islahatlarla inkişaf edən siyasi proseslərində beynəlxalq diqqəti cəlb etməyə davam edir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!