Modern.az

İri qaya parçaları yola sürüşdü

İri qaya parçaları yola sürüşdü

28 Oktyabr 2024, 19:54

Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsini müşahidə edib, dərhal aidiyyəti üzrə məlumat verməklə ərazini nəzarətə götürüblər.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görür, hərəkətin nizamlanmasını təmin edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?