Rusiya Federasiyası Prezidenti Vladimir Putinin COP29 konfransında iştirak üçün Bakıya gəlib-gəlməyəcəyi məsələsi yenidən mətbuatı diqqətini çəkib.
Modern.az TASS-a istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov prezidentlə bağlı sualı cavablandırıb.
O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında (COP29) iştirak edib-etməyəcəyi hələ dəqiq deyil.
Tədbir 11 noyabr 2024-cü ildə başlayır.
Bu il Azərbaycan COP29 iqlim konfransına sədrlik edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında 198 tərəf var (197 ölkə və Avropa İttifaqı).