Modern.az

Zibillikdə hərbi sursat aşkarlandı

Zibillikdə hərbi sursat aşkarlandı

29 Oktyabr 2024, 09:16

Gəncə şəhərində məişət tullantılarının toplandığı ərazidə sursat aşkar edilib.

Modern.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə məişət tullantılarının olduğu yerdə sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. Baxış zamanı oradan 32 ədəd 5,45 çaplı avtomat patronu aşkar edilərək götürülüb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?